`Özünüz razılığa gəlin`- Lavrovdan Qarabağ açıqlaması


20:40     22 Aprel 2016 1356350033_lavrov.jpg

Moskva anlayır ki, Dağlıq Qarabağda eskalasiyadan sonra vəziyyətin hələ də sabitləşmədiyi bir vaxtda münaqişə tərəflərinin danışıqlar masasına qayıtması hələ çətindir.


Femida.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Prezidenti Serj Sarkisyanla görüşdə deyib.

O bildirib: "Mən başa düşürəm ki, indi danışıqlar masasına qayıtmaq çətindir, vəziyyət bir az sakitləşməli, insanlar rahat olmalıdırlar".

Eyni zamanda, S.Lavrov qeyd edib ki, bu münaqişənin hərbi həll yolu ola bilməz və siyasi nizamlanma üzrə səyləri davam etdirmək lazımdır.

Açar sözlər:

Oxunub: 10737